İsrail ordusu Qəzzada HƏMAS-a məxsus silah anbarlarını məhv etdiyini açıqladı
İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağının mərkəzi hissəsində HƏMAS-a məxsus olduğu bildirilən dörd silah anbarının məhv edildiyini açıqlayıb.
XeberHub.com xəbər verir ki, bu barədə Axar.az İsrail Müdafiə Qüvvələrinin yaydığı məlumata istinadən məlumat yayıb.
Bildirilib ki, əməliyyat zamanı məhv edilən anbarlarda müxtəlif növ hərbi sursatların saxlanıldığı müəyyən edilib.
İsrail ordusunun məlumatına görə, həmin obyektlərdə “Kalaşnikov” avtomatları, tank əleyhinə qumbaraatanlar, qumbaralar, partlayıcı qurğular və digər hərbi vasitələr olub.
IDF əməliyyatın Qəzza zolağında HƏMAS-ın hərbi imkanlarına qarşı həyata keçirilən tədbirlər çərçivəsində aparıldığını bildirib.