SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Rusiya Hərbi Dəniz Donanmasında yeni pilotsuz sistemlər alayları yaradıldı

👤 📅 👁 7 baxış ⏱ 1 dəq oxuma
Rusiya Hərbi Dəniz Donanmasında yeni pilotsuz sistemlər alayları yaradıldı

Rusiya Hərbi Dəniz Donanmasında pilotsuz sistemlər alaylarının yaradılması prosesi yekunlaşıb.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, bu barədə Rusiya Hərbi Dəniz Donanmasının baş komandanı, donanma admiralı Aleksandr Moiseyev "Zvezda" telekanalına müsahibəsində açıqlama verib.

Aleksandr Moiseyev bildirib ki, pilotsuz sistemlər üzrə yeni alaylar iyulun 1-dən etibarən tam şəkildə formalaşdırılıb və artıq donanmanın strukturunda fəaliyyət göstərirlər.

Onun sözlərinə görə, yaradılan hərbi hissələrdən biri Şimal Donanmasının tərkibində xidmətə başlayıb. Admiral yeni bölmələrin donanmanın döyüş imkanlarının artırılmasına xidmət edəcəyini vurğulayıb.

Xatırladaq ki, Rusiya Hərbi Dəniz Donanmasında pilotsuz sistemlər alaylarının yaradılması barədə qərar 2024-cü ilin sonunda qəbul edilmişdi.

A

Oxşar Xəbərlər