SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

İrandan Trampın təşəbbüsünü dəstəkləyən ölkələrə sərt xəbərdarlıq

👤 📅 👁 8 baxış ⏱ 2 dəq oxuma
İrandan Trampın təşəbbüsünü dəstəkləyən ölkələrə sərt xəbərdarlıq

İran ordusu ABŞ Prezidenti Donald Trampın dondurulmuş İran vəsaitləri ilə bağlı təklifini dəstəkləyəcək ölkələrə sərt xəbərdarlıq edib.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, İran ordusunun rəsmisi Ebrahim Zülfüqari bəyan edib ki, Tehranın razılığı olmadan dondurulmuş İran vəsaitlərinin istifadəsini dəstəkləyən dövlət və şirkətlərə məxsus gəmilərin Hörmüz boğazından keçidinə icazə verilməyəcək.

Zülfüqari videomüraciətində bildirib ki, Trampın təşəbbüsünə qoşularaq İranın bloklanmış maliyyə vəsaitlərindən istifadə edən bütün ölkələr və şirkətlər bu qərarın nəticələri ilə üzləşəcəklər.

Onun sözlərinə görə, belə bir addım atıldığı təqdirdə İran ordusu həmin dövlətlərə və ya şirkətlərə məxsus gəmilərin Hörmüz boğazından keçidini qadağan edəcək.

Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp iyulun 27-də Qərb ölkələri tərəfindən dondurulmuş İran vəsaitlərinin Tehranın razılığı olmadan istifadə olunmasını yenidən gündəmə gətirib. O bildirib ki, həmin vəsaitlər Hörmüz boğazında gəmiçiliyə vurulan ziyanın ödənilməsinə yönəldilə bilər.

A

Oxşar Xəbərlər