Daxili İşlər Nazirliyində polis orqanları və Daxili Qoşunlarda xidmət etmək istəyən gənclər üçün növbəti seçim mərhələsi keçirilib.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın məlumatına görə, Daxili İşlər Nazirliyinin yaydığı açıqlamada bildirilib ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov iyulun 27-də xidmətə qəbul olunmaq istəyən namizədlərin növbəti sıra baxışında iştirak edib.
Məlumata əsasən, Bakı şəhərində keçirilən sıra baxışına Daxili İşlər Nazirliyinə onlayn müraciət etmiş namizədlər cəlb olunub. Yoxlamalar zamanı hazırlıq səviyyəsi yüksək qiymətləndirilən 167 nəfər seçim prosesinin növbəti mərhələsinə buraxılıb.
Sıra baxışı zamanı çıxış edən nazir Vilayət Eyvazov namizədlərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb, daxili işlər orqanlarında xidmətin məsuliyyəti barədə fikirlərini bölüşərək onlara müvafiq tapşırıq və tövsiyələr verib.