SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

CBS: Tramp İrana qarşı əməliyyatların uzanmasından narazıdır

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
CBS: Tramp İrana qarşı əməliyyatların uzanmasından narazıdır

CBS: Tramp İrana qarşı hərbi əməliyyatların gedişindən narazıdır

XeberHub.com Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp İrana qarşı aparılan hərbi əməliyyatların gedişindən narazıdır və münaqişənin gözləniləndən daha uzun sürdüyünü hesab edir.

CBS telekanalının mənbələrə istinadən yaydığı məlumata görə, İrana qarşı hərbi kampaniya uzandıqca və fevral ayında başlanan müharibə əvvəlcədən gözlənildiyindən daha mürəkkəb xarakter aldıqca, Trampın narazılığı da artır.

Mənbələrin sözlərinə görə, İranla bağlı vəziyyət Trampla ABŞ-nin müdafiə naziri Pit Heqset arasında müəyyən fikir ayrılıqlarını da üzə çıxarıb. Bildirilir ki, Tramp ictimai çıxışlarında Heqsetin fəaliyyətini dəstəkləsə də, şəxsi söhbətlərində "Epik qəzəb" əməliyyatının gedişindən narazılığını ifadə edib.

Məlumatda qeyd olunur ki, Tramp hesab edir ki, Vaşinqton ilin əvvəlində İranın nüvə proqramının məhdudlaşdırılması ilə bağlı təklifini qəbul etməməklə münaqişənin uzanmasının qarşısını almaq imkanını itirib.

CBS-in məlumatına əsasən, ABŞ Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin sədri Den Keyn münaqişə ilə bağlı narahatlığını ifadə etdiyi halda, müdafiə naziri Pit Heqset İrana qarşı daha sərt hərbi strategiyanın tərəfdarı olub.

Bundan əlavə, mənbələr Pentaqon və digər ABŞ qurumlarında bəzi rəsmilərin ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri admiral Bred Kuper barədə də narazılıq ifadə etdiklərini bildirib. İddialara görə, bəzi rəsmilər admiralın ABŞ ordusunun İrana qarşı əməliyyat imkanlarını olduğundan artıq qiymətləndirdiyini düşünürlər.

A

Oxşar Xəbərlər