Ukrayna Qara dənizdə Rusiyanın 20 gəmisini hədəfə aldı
Xəbərhub.com xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələri Qara dənizdə Rusiya ilə əlaqəli 20 gəminin vurulduğunu açıqlayıb.
Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi "Telegram" kanalında məlumat yayıb.
Brovdi bildirib ki, əvvəlcə Azov dənizində Rusiyanın "kölgə donanması"na qarşı həyata keçirilən əməliyyatın ilkin mərhələsi tamamlanıb. Bundan sonra diqqət Qara dəniz istiqamətinə yönəldilib.
Onun sözlərinə görə, Azov dənizində Rusiyanın kölgə donanmasına aid 116 gəmi hədəf seçilib və əməliyyatın həmin mərhələsi başa çatıb.
Komandan qeyd edib ki, Qara dənizdə keçirilən əməliyyat zamanı ümumilikdə 20 gəmi vurulub. Hədəflər arasında 17 neft tankeri, 2 qaz tankeri və 1 yedək gəmisinin olduğu bildirilib.
“Hazırda hesab 20:00-dır – 17 neft tankeri, 2 qaz tanker və 1 yedək gəmisi vurulub”, - deyə Brovdi açıqlamasında qeyd edib.
O əlavə edib ki, əməliyyatın yekun nəticələri və zərbələri təsdiqləyən görüntülər daha sonra ictimaiyyətə təqdim olunacaq.
Şərhlər (0)
Şərh yazın