SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Elektrik nasazlığı Bakı-Tbilisi qatarını gecikdirdi

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Elektrik nasazlığı Bakı-Tbilisi qatarını gecikdirdi

Gürcüstanda dəmir yolu xəttində yaranan elektrik təchizatı problemi Bakı-Tbilisi sərnişin qatarının hərəkətində gecikməyə səbəb olub.

XeberHub.com xəbər verir ki, "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) Oxu.Az-ın sorğusuna cavab olaraq verdiyi məlumata görə, hadisə bu gün səhər saatlarında Qardabani-Tbilisi dəmiryolu sahəsində elektrik enerjisi təchizatında yaranmış nasazlıq səbəbindən baş verib.

Qeyd olunub ki, problemin aradan qaldırılması gözləniləndən uzun çəkdiyi üçün gözləmək istəməyən sərnişinlərin Qardabani stansiyasında qatardan enmələrinə şərait yaradılıb.

Məlumata əsasən, Bakı-Tbilisi marşrutu üzrə hərəkət edən sərnişin qatarı təyinat məntəqəsinə təxminən 2 saat 30 dəqiqə gecikmə ilə çatıb.

ADY-dən bildirilib ki, baş vermiş hadisəyə baxmayaraq, qatarların hərəkət cədvəlində hər hansı dəyişiklik nəzərdə tutulmur və reyslər mövcud qrafik üzrə davam etdiriləcək.

A

Oxşar Xəbərlər