SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Texnologiya

ChatGPT-də qlobal nasazlıq: OpenAI problemin araşdırıldığını açıqladı

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
ChatGPT-də qlobal nasazlıq: OpenAI problemin araşdırıldığını açıqladı

Dünyanın ən populyar süni intellekt platformalarından biri olan ChatGPT-nin fəaliyyətində qlobal miqyasda texniki nasazlıq qeydə alınıb.

XeberHub.com xəbər verir ki, DownDetector platformasının yaydığı məlumata görə, bir sıra ölkələrdə istifadəçilər xidmətə giriş və istifadə zamanı problemlərlə üzləşiblər.

Məlumata əsasən, nasazlıq əsasən ABŞ, Avstraliya, Fransa, Kanada, Braziliya, Cənubi Afrika Respublikası, Böyük Britaniya, Ukrayna, Hindistan və digər ölkələrdə qeydə alınıb.

OpenAI problemin mövcudluğunu təsdiqləyib. Şirkətdən bildirilib ki, hazırda texniki nasazlığın səbəbləri araşdırılır və xidmətin tam bərpası istiqamətində işlər davam etdirilir.

A

Oxşar Xəbərlər