SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

Suriyada iki avtobus toqquşdu: Azı 35 nəfər öldü

👤 📅 👁 8 baxış ⏱ 1 dəq oxuma
Suriyada iki avtobus toqquşdu: Azı 35 nəfər öldü

Suriyanın şərqində iki sərnişin avtobusunun toqquşması ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində azı 35 nəfər ölüb, 30 nəfər isə yaralanıb.

XeberHub.com xəbər verir ki, Al Jazeera-nın yaydığı məlumata görə, qəza Dəməşq ilə Deyr-əz-Zor şəhərlərini birləşdirən magistral yolda baş verib.

Məlumata əsasən, toqquşma nəticəsində ən azı 35 nəfər hadisə yerində həyatını itirib, 30 nəfər isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Yaralıların təxliyəsi üçün Suriya Müdafiə Nazirliyi tərəfindən hadisə yerinə bir neçə helikopter göndərilib. Zərərçəkənlər Homs şəhərində yerləşən hərbi hospitala çatdırılır.

Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.

A

Oxşar Xəbərlər