SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Dünya

ÜST: Konqoda Ebola yoluxmaları rəsmi rəqəmlərdən dörd dəfə çox ola bilər

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
ÜST: Konqoda Ebola yoluxmaları rəsmi rəqəmlərdən dörd dəfə çox ola bilər

Konqo Demokratik Respublikasında (KDR) Ebola virusunun yayılmasının rəsmi statistikadan daha geniş miqyas aldığı ehtimal edilir.

Xeberhub.com xəbər verir ki, TASS agentliyinin yaydığı məlumata əsasən, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Səhiyyə Sahəsində Fövqəladə Hallar Proqramının icraçı direktoru Çikve İhekveazu Cenevrədə keçirilən brifinq zamanı açıqlama verib.

Onun sözlərinə görə, ÜST-nin apardığı riyazi modelləşdirmələrin nəticələri epidemiyanın real miqyasının rəsmi qeydə alınan yoluxma hallarından iki-dörd dəfə çox ola biləcəyini göstərir. İhekveazu bildirib ki, yoluxmaların müəyyənləşdirilməsi istiqamətində imkanlar hər gün genişləndiyi üçün əldə olunan məlumatların dəqiqliyi də davamlı olaraq artır.

ÜST rəsmisi qeyd edib ki, yeni aşkarlanan yoluxmaların təxminən 80 faizi əvvəllər təsdiqlənmiş xəstələrlə təmasda olan şəxslərin siyahısında yer almır. Bu isə virusun naməlum yoluxma zəncirləri vasitəsilə yayılmağa davam etdiyini göstərir.

O, həmçinin vurğulayıb ki, bəzi yoluxmuş şəxslər tibbi yardım ala bilmədən evlərində həyatlarını itirirlər və bu da rəsmi statistikanın real vəziyyəti tam əks etdirməməsinə səbəb olur.

Hazırda mövcud rəsmi məlumatlara əsasən, Konqo Demokratik Respublikasında Ebola virusuna təxminən 2 min nəfər yoluxub, 700-dən çox insan isə xəstəlik səbəbindən həyatını itirib.

A

Oxşar Xəbərlər