SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

ABŞ Senatı 1,15 trilyon dollarlıq müdafiə büdcəsi layihəsini blokladı

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
ABŞ Senatı 1,15 trilyon dollarlıq müdafiə büdcəsi layihəsini blokladı

ABŞ Senatı ölkənin milli müdafiəsinə ayrılması nəzərdə tutulan 1,15 trilyon dollarlıq büdcə layihəsinin irəliləməsinə prosedur səsverməsində mane olub.

Xeberhub.com xəbər verir ki, "Politico" nəşrinin yaydığı məlumata görə, qanun layihəsinin növbəti mərhələyə keçməsi üçün tələb olunan 60 səs toplanmayıb. Səsvermədə 50 senator layihəni dəstəkləyib, 46 senator isə əleyhinə səs verib.

Məlumata əsasən, Senatda hərbi büdcə ilə bağlı qanun layihələri adətən ciddi mübahisələr doğurmasa da, bu dəfə əsas fikir ayrılığı ABŞ Prezidenti Donald Trampın İrana qarşı hərbi əməliyyatlar həyata keçirmək səlahiyyətləri ilə bağlı yaranıb. Demokrat senatorlar Konqres tərəfindən bu səlahiyyətlərə məhdudiyyət qoyulmayınca sənədi dəstəkləməyəcəklərini bildiriblər.

Layihəyə əsasən, ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 1,1 trilyon dollar, nüvə arsenalına nəzarət edən Energetika Nazirliyinə 41 milyard dollar, digər hərbi proqramlar üçün isə əlavə 11 milyard dollar ayrılması planlaşdırılırdı.

Sənəddə həmçinin hərbi qulluqçuların maaşlarının 3,6 faiz artırılması, onların ailələrinin səhiyyə, təhsil, mənzil və uşaq baxımı sahəsində təminatının gücləndirilməsi, eləcə də gəmiqayırma proqramları və pilotsuz uçuş aparatları (PUA) texnologiyalarının inkişafına əlavə maliyyə ayrılması nəzərdə tutulurdu.

"Politico" nəşrinin qiymətləndirməsinə görə, qanun layihəsinin qəbulunda yaranan dalan ABŞ hökumətinin fəaliyyətinin qismən dayanması (şatdaun) riskini artırır. Tərəflər razılığa gələ bilməsələr, hökumətin maliyyələşdirilməsində problem artıq oktyabr ayında özünü göstərə bilər.


A

Oxşar Xəbərlər