Ukrayna Silahlı Qüvvələri Rusiyaya məxsus döyüş helikopterinin pilotsuz uçuş aparatı ilə vurulduğunu iddia edib.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Pilotsuz Sistemlər Qüvvələrinin komandanı Robert Brovdi (Madyar) açıqlama verib.
Onun sözlərinə görə, Rusiyaya məxsus Mi-28 döyüş helikopteri səhər saatlarında Belqorod vilayətinin Vyazovoye yaşayış məntəqəsi yaxınlığında həyata keçirilən əməliyyat zamanı dron vasitəsilə vurulub.
Komandan bildirib ki, hadisə yerli vaxtla təxminən saat 10:00 radələrində baş verib.
Qeyd edək ki, məlumat yalnız Ukrayna tərəfinin açıqlamasına əsaslanır. Hadisə ilə bağlı Rusiya tərəfindən hələlik rəsmi təsdiq və ya təkzib verilməyib.