SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
İqtisadiyyat

Azərbaycan ABŞ-dan mina təmizləmə texnologiyaları üzrə dəstək gözləyir

👤 📅 👁 11 baxış ⏱ 3 dəq oxuma
Azərbaycan ABŞ-dan mina təmizləmə texnologiyaları üzrə dəstək gözləyir

Azərbaycan ABŞ-dan mina təmizləmə texnologiyaları üzrə dəstək gözləyir

Azərbaycan ərazisinin mina və partlamamış hərbi sursatlardan təmizlənməsi istiqamətində müasir texnologiyalara ehtiyac duyur və bu sahədə ABŞ-dan dəstək almağa ümid edir.

Xeberhub.com xəbər verir ki, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim “Axios”a müsahibəsində ölkənin mina probleminin miqyasından və yeni texnologiyalara olan ehtiyacdan danışıb.

Diplomatın sözlərinə görə, uzun illər davam edən münaqişələr nəticəsində Azərbaycanın müxtəlif əraziləri minalar və partlamamış hərbi sursatlarla ciddi şəkildə çirklənib. Xəzər İbrahim adambaşına düşən göstəriciyə görə Azərbaycanın dünyada minalarla ən çox çirklənmiş ölkələrdən biri olduğunu vurğulayıb.

Səfir əsas məsələlərdən birinin minalanmış ərazilərin dəqiq xəritələndirilməsi olduğunu bildirib. Onun sözlərinə görə, mina təmizləmə prosesinin sürətləndirilməsi üçün müasir texnologiyaların və yeni üsulların tətbiqi mühüm əhəmiyyət daşıyır.

Xəzər İbrahim qeyd edib ki, Azərbaycan ABŞ ilə sülh sazişi və tərəfdaşlıq istiqamətində əldə olunan razılaşmalardan sonra əməkdaşlığı müxtəlif sahələrdə genişləndirməyə çalışır. Bu istiqamətlər arasında süni intellekt, enerji və digər texnoloji sahələr də yer alır.

Diplomat Azərbaycan-ABŞ münasibətlərində yeni mərhələnin formalaşdığını vurğulayaraq bildirib ki, əldə olunan razılaşmaların ardınca konkret əməkdaşlıq istiqamətləri üzrə işlərin sürətlə başlanması vacibdir.

Mina təmizləmə sahəsində ABŞ-ın dəstəyi texniki imkanların artırılması, ərazilərin daha sürətli və təhlükəsiz şəkildə təmizlənməsi baxımından Azərbaycan üçün əhəmiyyətli ola bilər. ABŞ daha əvvəl də Azərbaycanda humanitar mina təmizləmə fəaliyyətlərinə texniki potensialın gücləndirilməsi məqsədilə dəstək göstərib. 

A

Oxşar Xəbərlər