SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Lavrov və Rubio Manilada 35 dəqiqəlik görüş keçirdilər

👤 📅 👁 7 baxış ⏱ 2 dəq oxuma
Lavrov və Rubio Manilada 35 dəqiqəlik görüş keçirdilər

Xeberhub.com xəbər verir ki, kp.ru-nun yaydığı məlumata görə, Rusiyanın xarici işlər naziri Sergey Lavrov və ABŞ-nin dövlət katibi Marko Rubio Filippinin paytaxtı Manilada keçirilən Cənub-Şərqi Asiya Ölkələri Assosiasiyasının (ASEAN) sammiti çərçivəsində görüş keçiriblər.

Məlumata əsasən, tərəflər arasında keçirilən görüş təxminən 35 dəqiqə davam edib. Bildirilir ki, Marko Rubio görüş başlamazdan əvvəl ABŞ-li jurnalistlərin suallarını cavablandırmaqdan imtina edib.

Qeyd olunub ki, media nümayəndələri çəkiliş üçün zala daxil olduqda diplomatlar artıq danışıqlara başlamışdılar. Jurnalistlərə yalnız görüşün ilk dəqiqələrini görüntüləməyə icazə verilib.

Görüş zamanı jurnalistlərdən biri İranın Rusiyaya mümkün dəstəyi ilə bağlı sual ünvanlasa da, ABŞ dövlət katibi bu suala münasibət bildirməyib.

Daha sonra açıqlanıb ki, ABŞ tərəfinin müəyyən etdiyi reqlamentə əsasən, görüş öncəsi və ya görüş zamanı jurnalistlərin sual verməsi nəzərdə tutulmayıb.

Diplomatik mənbələrin məlumatına görə, Sergey Lavrov və Marko Rubio arasında keçirilən görüşün təşəbbüskarı Vaşinqton olub.

A

Oxşar Xəbərlər