SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

SEPAH Küveytdəki ABŞ hərbi bazalarına PUA zərbələri endirdiyini açıqladı

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
SEPAH Küveytdəki ABŞ hərbi bazalarına PUA zərbələri endirdiyini açıqladı

Məlumata əsasən, hücum zamanı "Əli əs-Saləm" aviabazasında hərbi texnika anbarı, "Patriot" hava hücumundan müdafiə sistemi və "MQ-9" pilotsuz uçuş aparatlarının saxlanıldığı anqar hədəfə alınıb. Bundan əlavə, "Əl-Adiri" bazasında iki helikopter anqarına da zərbələr endirildiyi bildirilib.

SEPAH iddia edir ki, hücumlar nəticəsində bir neçə ABŞ hərbçisi ölüb və yaralanıb, həmçinin hərbi texnikaya ciddi ziyan dəyib. Bəyanatda regionda ABŞ-yə məxsus telekommunikasiya qüllələrindən birinin də vurulduğu qeyd olunub.

Bununla yanaşı, SEPAH Doha bazasında yerləşən sursat anbarına, ABŞ ordusunun maddi-texniki təminat mərkəzinə, "Əli əs-Saləm" bazasındakı yanacaq çənlərinə və Küveytdə yerləşən "Arifcan" bazasının sursat anbarına da kütləvi PUA hücumları həyata keçirdiyini bildirib.

Qeyd edək ki, məlumat yalnız İran tərəfinin rəsmi bəyanatına əsaslanır. Hücumlar və onların nəticələri ilə bağlı ABŞ və ya Küveyt rəsmiləri tərəfindən hələlik rəsmi açıqlama verilməyib.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın