Xeberhub.com xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) İrana qarşı həyata keçirilən növbəti hücum dalğasının başa çatdığını açıqlayıb.
CENTCOM-un "X" sosial şəbəkəsində yaydığı məlumata görə, bu, ardıcıl doqquzuncu gecə həyata keçirilən hərbi əməliyyat olub.
Açıqlamada bildirilib ki, zərbələr zamanı komanda-idarəetmə mərkəzləri, sahil nəzarət məntəqələri, hava hücumundan müdafiə sistemləri, hərbi dəniz vasitələri, raket və pilotsuz uçuş aparatlarının yerləşdiyi obyektlər hədəfə alınıb.
CENTCOM əməliyyatın nəticələri və mümkün itkilərlə bağlı əlavə məlumat açıqlamayıb.