İsrail ordusu Livanın Nəbatiyyə şəhərinə PUA zərbəsi endirib
İsrail ordusunun Livanın Nəbatiyyə şəhərinə pilotsuz uçuş aparatı (PUA) ilə zərbələr endirdiyi bildirilir.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın məlumatına görə, bu barədə Livanın Səhiyyə Nazirliyi açıqlama yayıb.
Məlumata əsasən, zərbə nəticəsində iki mülki şəxs xəsarət alıb.
Hadisədən sonra əraziyə gələn xilasetmə qrupuna məxsus təcili tibbi yardım avtomobili də ikinci zərbəyə məruz qalıb. Nəticədə avtomobilə ziyan dəyib.
Hadisənin digər təfərrüatları barədə məlumat verilməyib.