SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Ben-Qvirin evinin yaxınlığına dron düşdü

👤 📅 👁 3 baxış ⏱ 1 dəq oxuma
Ben-Qvirin evinin yaxınlığına dron düşdü

İsrailin milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin yaşadığı ərazinin yaxınlığında pilotsuz uçuş aparatı aşkar edilib.

XeberHub.com xəbər verir ki, "Ynet"in yerli rəsmilərə istinadən yaydığı məlumata görə, hadisə iyulun 26-da Kiryat-Arba yaşayış məntəqəsində qeydə alınıb.

Məlumata əsasən, pilotsuz uçuş aparatı nazirin evinin yaxınlığına düşüb. Hadisə zamanı İtamar Ben-Qvirin evdə olub-olmaması barədə rəsmi məlumat açıqlanmayıb.

Bildirilir ki, İsrail hərbçiləri dronu qısa müddətdə hadisə yerindən götürüblər. İlkin araşdırmalar zamanı aparatın partlayıcı maddə ilə təchiz edilmədiyi müəyyən olunub.

İnsident nəticəsində xəsarət alan olmayıb. Hadisənin başvermə səbəbləri və digər təfərrüatlar araşdırılır.

A

Oxşar Xəbərlər