SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

Azərenerji kibertəhlükəsizlik üçün 2 milyon manatdan çox vəsait ayırır

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
Azərenerji kibertəhlükəsizlik üçün 2 milyon manatdan çox vəsait ayırır

"Azərenerji" ASC kibertəhlükəsizlik infrastrukturunun gücləndirilməsi məqsədilə yeni avadanlıq və proqram həllərinin alınması üçün açıq tender elan edib.

XeberHub.com xəbər verir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, satınalmanın ehtimal olunan dəyəri 2 milyon 47 min manat təşkil edir.

Tender sənədlərinə əsasən, layihə çərçivəsində kibertəhlükəsizlik səviyyəsinin artırılması, mərkəzləşdirilmiş təhlükəsizlik monitorinqi və nəzarət imkanlarının genişləndirilməsi nəzərdə tutulur.

Satınalma paketinə SIEMNAC həlləri, firewall avadanlıqları, FortiAnalyzer sistemi, təhlükəsizlik platformalarının işləməsi üçün serverlər, eləcə də noutbuk və iş stansiyalarının alınması daxildir.

Layihənin əsas məqsədi "Azərenerji" ASC-nin informasiya sistemlərinin daha etibarlı qorunmasını təmin etmək və kibertəhlükəsizlik üzrə idarəetmə imkanlarını gücləndirməkdir.

A

Oxşar Xəbərlər