SON DƏQİQƏ İmişlidə iki avtomobil toqquşdu: iki sərnişin xəsarət aldı
İqtisadiyyat

Nikol Paşinyan İlham Əliyevə zəng edib – TRIPP və sülh prosesi müzakirə olundu

👤 📅 👁 3 baxış ⏱ 2 dəq oxuma
Nikol Paşinyan İlham Əliyevə zəng edib – TRIPP və sülh prosesi müzakirə olundu

Nikol Paşinyan İlham Əliyevə zəng edib – Sülh prosesi və TRIPP müzakirə olunub

Xeberhub.com xəbər verir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan avqustun 8-də Azərbaycan Prezidenti İlham Əliyevə telefonla zəng edib. Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Telefon danışığı zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın dəstəyi ilə keçirilmiş Azərbaycan-Ermənistan Sülh Sammitinin birinci ildönümü ilə bağlı fikir mübadiləsi aparılıb. Tərəflər, həmçinin Azərbaycan və Ermənistan arasında Sülh Sazişinin mətninin ilkin paraflanmasını müzakirə ediblər.

İlham Əliyev və Nikol Paşinyan sülh prosesinin irəliləməsində Donald Trampın və ABŞ administrasiyasının mühüm rolunu xüsusi qeyd ediblər.

Telefon danışığında son bir il ərzində Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması istiqamətində əldə olunan irəliləyiş də diqqətə çatdırılıb.

Tərəflər iqtisadi və ticarət əlaqələrinin inkişafını sülhün praktiki nəticələrindən biri kimi qiymətləndiriblər. Bu çərçivədə Azərbaycanın Ermənistana neft məhsulları ixrac etməsi, həmçinin tranzit yüklərin Azərbaycan ərazisindən Ermənistana və Ermənistandan digər istiqamətlərə daşınması məsələsi vurğulanıb.

Bundan əlavə, tərəflər Vaşinqtonda əldə edilmiş razılaşmalara əsasən TRIPP marşrutunun həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıblar.

Söhbət zamanı regionda davamlı sülh və sabitliyin təmin edilməsi, nəqliyyat bağlantılarının inkişafı və iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində səylərin davam etdirilməsinin vacibliyi bildirilib.

A

Oxşar Xəbərlər