SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İqtisadiyyat

Qara dənizdə "Nadezhda" gəmisinə PUA hücumunun görüntüləri yayıldı

👤 📅 👁 2 baxış ⏱ 1 dəq oxuma
Qara dənizdə "Nadezhda" gəmisinə PUA hücumunun görüntüləri yayıldı

Qara dənizdə Türkiyəyə məxsus "Ro-Ro" tipli "Nadezhda" gəmisinin PUA hücumuna məruz qalmasının görüntüləri yayılıb. Hücum zamanı gəmidə olan ekipaj üzvlərindən bir neçəsi, o cümlədən azərbaycanlı dənizçilər xəsarət alıblar.

Xeberhub.com xəbər verir ki, hadisənin anbaan əks olunduğu videogörüntülərdə pilotsuz uçuş aparatının gəmiyə çırpıldığı və zərbədən sonra göyərtədə təşviş yarandığı görünür.

İlkin məlumata görə, hücum zamanı gəmidə ümumilikdə 22 ekipaj üzvü olub. Onlardan 13-ü Türkiyə vətəndaşıdır. Hadisə nəticəsində gəminin yaşayış bölməsi və burun hissəsi zədələnib, ekipaj üzvlərindən bir neçəsi müxtəlif dərəcəli xəsarətlər alıb.

Məlumata əsasən, gəmidə olan şəxslər Rusiya Hərbi Dəniz Qüvvələrinin iştirakı ilə təhlükəsiz şəkildə Novorossiysk limanına təxliyə ediliblər.

A

Oxşar Xəbərlər