Bab əl-Məndəb boğazında Səudiyyə Ərəbistanına məxsus yük gəmisinə hücum edilib: 3 ölü
Bab əl-Məndəb boğazı yaxınlığında Səudiyyə Ərəbistanına məxsus yük gəmisinin hücuma məruz qaldığı bildirilir. Hadisə nəticəsində üç heyət üzvünün öldüyü açıqlanıb.
Xeberhub.com xəbər verir ki, Axar.az-ın “Aftab Nyus”a istinadən yaydığı məlumata görə, hadisə bu gün səhər saatlarında baş verib.
Məlumata əsasən, yük gəmisinə ballistik raketlə zərbə endirilib.
Hücum nəticəsində üç heyət üzvünün həyatını itirdiyi bildirilib. Ölənlərdən ikisinin Pakistan, digərinin isə İndoneziya vətəndaşı olduğu qeyd olunub.
Hadisənin digər təfərrüatları və hücumun məsuliyyəti ilə bağlı əlavə məlumat verilməyib. Bab əl-Məndəb boğazında son dövrdə kommersiya gəmilərinə qarşı hücumlarla bağlı təhlükəsizlik narahatlıqları artıb.