SEPAH-dan ABŞ-yə sərt xəbərdarlıq: "Hücum olarsa, bölgədəki bütün obyektlər hədəf alınacaq"
İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) ABŞ Prezidenti Donald Trampın İranın infrastrukturuna mümkün zərbələrlə bağlı açıqlamalarına sərt reaksiya verib.
XeberHub.com xəbər verir ki, Fars agentliyinin yaydığı məlumata görə, SEPAH bəyan edib ki, ABŞ tərəfindən İranın infrastrukturuna qarşı hər hansı hərbi hücum həyata keçiriləcəyi təqdirdə, bölgədə yerləşən ABŞ obyektləri İran Silahlı Qüvvələrinin hədəfinə çevriləcək.
Qurumun mətbuat xidmətinin açıqlamasında bildirilir ki, indiyədək İranın təmkini nəticəsində toxunulmaz qalan ABŞ-yə məxsus regional infrastruktur mümkün hücumdan sonra genişmiqyaslı cavab zərbələri ilə üzləşə bilər.
SEPAH həmçinin vurğulayıb ki, Hörmüz boğazı İran üçün qırmızı xətt hesab olunur. Bəyanatda qeyd edilir ki, rəsmi Tehran ABŞ-nin bu strateji ərazinin idarə olunmasına hər hansı müdaxiləsinə qəti şəkildə imkan verməyəcək.
İran rəsmiləri son günlər bölgədə artan gərginlik fonunda ölkənin təhlükəsizliyi və strateji maraqlarının qorunması üçün bütün zəruri addımların atılacağını bəyan edirlər.