SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

DÇ-2026 finalı tarixə düşəcək: Argentina və İspaniya ilkə imza atacaq

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
DÇ-2026 finalı tarixə düşəcək: Argentina və İspaniya ilkə imza atacaq

DÇ-2026 finalı tarixə düşəcək: Argentina və İspaniya ilkə imza atacaq

Futbol üzrə 2026-cı il dünya çempionatının final oyunu tarixə düşəcək. İlk dəfə olaraq FIFA milli komandalarının reytinqində ilk iki pillədə qərarlaşan yığmalar dünya çempionatının həlledici görüşündə üz-üzə gələcək.

XeberHub.com xəbər verir ki, bu barədə championat.com məlumat yayıb.

Məlumata görə, FIFA milli komandaların rəsmi reytinq cədvəlini 1992-ci ildən dərc etməyə başlayıb. Hazırkı reytinqdə Argentina 1-ci, İspaniya isə 2-ci pillədə qərarlaşıb. Bununla da hər iki komanda dünya çempionatı tarixində ilk dəfə olaraq reytinqin ilk iki sırasında yer alan yığmalar kimi finalda qarşılaşacaq.

Bundan başqa, DÇ-2026 finalı daha bir tarixi məqamla yadda qalacaq. Belə ki, ilk dəfə Avropa çempionu ilə Amerika Kubokunun qalibi dünya çempionatının finalında üz-üzə gələcək. İspaniya 2024-cü ildə Avropa çempionu, Argentina isə həmin il Amerika Kubokunun qalibi olub.

Qeyd edək ki, futbol üzrə 2026-cı il dünya çempionatının final qarşılaşması 19 iyul tarixində keçiriləcək və həlledici oyunda İspaniya ilə Argentina çempionluq uğrunda mübarizə aparacaq.

Mənbə: Oxu.Az (championat.com-a istinadən)

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın