"Xankəndi" futbol klubu ev oyunlarını Xankəndi Şəhər Stadionunda keçirəcək.
Xeberhub.com xəbər verir ki, klubun mətbuat xidmətinin yaydığı məlumata görə, bununla bağlı "Xankəndi" futbol klubu ilə Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi arasında müvafiq müqavilə imzalanıb.
Məlumata əsasən, əldə olunan razılaşmaya uyğun olaraq, klub bundan sonra ev oyunlarını Xankəndi Şəhər Stadionunda keçirəcək.
Qeyd edək ki, tərəflər arasında imzalanan müqavilə klubun ev oyunlarının sözügedən stadionda təşkil olunmasını nəzərdə tutur.