SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Yanğın

Tərtərdə qardaşı arvadının evini yandıran şəxsə hökm oxundu

👤 📅 👁 4 baxış ⏱ 2 dəq oxuma
Tərtərdə qardaşı arvadının evini yandıran şəxsə hökm oxundu

Tərtərdə qardaşı arvadının evini yandırmaqda təqsirləndirilən şəxsə hökm oxunub.

Xeberhub.com xəbər verir ki, Lent.az-ın yaydığı məlumata görə, hadisə Tərtər rayonunun Şıxarx kəndində baş verib.

İttihama əsasən, 40 yaşlı İsa Məmmədov (şərti adla) qardaşı arvadının ona həmin evdə yaşamağa icazə vermədiyi üçün qisas almaq qərarına gəlib. Bildirilir ki, o, səhər saatlarında spirtli içkinin təsiri altında yarım litr benzini evin bir otağına və dam hissəsinə tökərək od vurub.

Yanğın nəticəsində ev sahibinə 10 min manat məbləğində maddi ziyan dəyib. Hadisədən sonra İsa Məmmədov saxlanılıb və barəsində cinayət işi başlanılıb.

Təqsirləndirilən şəxs ifadəsində bildirib ki, qardaşı 2021-ci ildə Tərtərin Talış kəndində minaya düşərək həyatını itirib. Onun sözlərinə görə, özü isə iki il əvvəl həbsdən azad edilib və yaşayış yeri olmadığı üçün küçələrdə qalıb. O, evin valideynlərinə məxsus olduğunu əsas gətirərək həmin ünvanda yaşamaq hüququnun olduğunu iddia edib.

Zərərçəkmiş qadın isə ifadəsində İsa Məmmədovun həmin evdə yaşamaq hüququnun olmadığını, onun daha əvvəl də yaşadıqları evi yandırdığını bildirib. O, məhkəmədə təqsirləndirilən şəxslə barışdığını, dəymiş ziyanın tam ödənildiyini və ona qarşı şikayətinin qalmadığını qeyd edib.

Məhkəmənin hökmü ilə İsa Məmmədov 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Lakin təyin olunan cəza 2 il sınaq müddəti müəyyən edilməklə şərti hesab olunub.

A

Oxşar Xəbərlər