SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Yanğın

Lənkəranda 11 otaqlı evdə yanğın baş verdi

👤 📅 👁 6 baxış ⏱ 2 dəq oxuma
Lənkəranda 11 otaqlı evdə yanğın baş verdi

Lənkəran rayonunda yerləşən fərdi yaşayış evində baş verən yanğın nəticəsində evin dam örtüyünə ziyan dəyib.

Xeberhub.com xəbər verir ki, APA-nın cənub bürosunun yaydığı məlumata görə, hadisə Lənkəran rayonunun Viyən kəndində qeydə alınıb.

Məlumata əsasən, kənd sakini İlham Ələsgər oğlu Hüseynova məxsus ümumi sahəsi 480 kvadratmetr olan, 11 otaqdan ibarət fərdi yaşayış evinin ikinci mərtəbəsində yanğın baş verib.

Hadisə barədə məlumat daxil olduqdan sonra Fövqəladə Hallar Nazirliyinin "112" qaynar xətti vasitəsilə əraziyə Lənkəran Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları cəlb olunublar.

Yanğın zamanı evin dam örtüyünün yanar konstruksiyaları alovun təsirinə məruz qalıb. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov söndürülüb və onun yaxınlıqdakı ərazilərə yayılmasının qarşısı alınıb.

Hadisənin başvermə səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırma aparılır.

A

Oxşar Xəbərlər