SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Yanğın

Almaniyada meşə yanğını: 1800 sakin təxliyə edildi

👤 📅 👁 5 baxış ⏱ 1 dəq oxuma
Almaniyada meşə yanğını: 1800 sakin təxliyə edildi

Almaniyada güclü meşə yanğını: 1800 sakin təxliyə edildi

Almaniyanın qərbində yerləşən Şimali Reyn-Vestfaliya torpağında genişmiqyaslı meşə yanğını səbəbindən Qay kəndinin təxminən 1800 sakini təxliyə olunub.

Xeberhub.com xəbər verir ki, “Bild” nəşrinin məlumatına görə, yaşayış məntəqəsinin yaxınlığında təxminən 25 hektar ərazi alovlanıb.

Yanğınla əlaqədar bölgədə vəziyyətin kritik olaraq qaldığı bildirilir. Hadisənin nəticələrinin aradan qaldırılması üçün ərazidə xüsusi böhran qərargahı yaradılıb.

“WDR” telekanalının məlumatına əsasən, meşəlik ərazidə xilasetmə qruplarının hərəkətini asanlaşdırmaq və onların qarşısındakı maneələri aradan qaldırmaq məqsədilə texnikadan, o cümlədən tankdan istifadə olunub.

Hazırda yanğının nəzarətə alınması istiqamətində tədbirlər davam etdirilir.

A

Oxşar Xəbərlər