SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
Yanğın

Səbaildəki binada baş verən yanğın tam söndürüldü

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Səbaildəki binada baş verən yanğın tam söndürüldü

Səbaildəki binada baş verən yanğın tam söndürüldü

Bakının Səbail rayonunda yerləşən binada baş verən yanğın tam söndürülüb.

Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri tərəfindən yanğının genişlənməsinin qarşısı alınaraq alov tamamilə söndürülüb.

Məlumata əsasən, yanğın Yusif Məmmədəliyev küçəsində yerləşən binada qeydə alınıb. Hadisə barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə FHN-in Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin əməkdaşları cəlb olunub. Təhlükəsizlik məqsədilə bina sakinləri təxliyə edilib.

FHN bildirib ki, binanın arakəsmələrinin taxta konstruksiyalardan ibarət olması alovun yayılma riskini artırsa da, yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində yanğının digər hissələrə keçməsinə imkan verilməyib.

Yanğın nəticəsində binanın birinci mərtəbəsində yerləşən qeyri-yaşayış sahəsində fəaliyyət göstərən 11 obyektdən 3-nün yanar konstruksiyaları 120 kvadratmetr sahədə zədələnib. Bundan başqa, ikinci mərtəbədə yerləşən, ümumi sahəsi 120 kvadratmetr olan üçotaqlı mənzilin döşəməsi yanıb.

Nazirliyin məlumatına görə, binanın böyük hissəsi yanğından mühafizə olunub. Hadisə ilə bağlı araşdırma aparılır.

A

Oxşar Xəbərlər