SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İqtisadiyyat

ABA: Kartdan-karta köçürmələrə məhdudiyyət yoxdur

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
ABA: Kartdan-karta köçürmələrə məhdudiyyət yoxdur

ABA: Kartdan-karta köçürmələrə məhdudiyyət tətbiq edilmir

Azərbaycan Banklar Assosiasiyası (ABA) kartdan-karta əməliyyatlarına hər hansı məhdudiyyət tətbiq olunmadığını açıqlayıb.

Xeberhub.com xəbər verir ki, Milli.Az-ın yaydığı məlumata görə, bunu Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev AzTV-yə müsahibəsində bildirib.

Onun sözlərinə görə, tətbiq olunan qaydalar yalnız banklar və elektron pul təşkilatları tərəfindən ödəniş alətlərinə edilən mədaxil əməliyyatlarına aiddir.

Zakir Nuriyev qeyd edib ki, razılaşmaya əsasən, istifadəçiyə məxsus hər bir ödəniş alətinə gün ərzində maksimum 5 mədaxil və ay ərzində 20 min manatadək mədaxil limiti müəyyən edilib. Bu hədd aşılarsa, banklar risk əsaslı yanaşma çərçivəsində komissiya tətbiq edə bilərlər.

ABA prezidenti vurğulayıb ki, məxaric əməliyyatlarına, yəni kartdan və ya hesabdan vəsaitin xərclənməsinə heç bir məhdudiyyət qoyulmur və vətəndaşlar əvvəlki qaydada ödənişlərini həyata keçirə bilərlər.

O, həmçinin bildirib ki, şəxsin öz hesabları arasında etdiyi köçürmələr, eləcə də yaxın qohumlarına edilən mədaxil əməliyyatları bu məhdudiyyətlərdən istisna olunur.

A

Oxşar Xəbərlər