SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
İqtisadiyyat

Tramp: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

👤 📅 👁 9 baxış ⏱ 1 dəq oxuma
Tramp: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

Tramp: İran ABŞ ilə razılaşma əldə etmək istəyir

ABŞ Prezidenti Donald Tramp İranın Vaşinqtonla razılığa gəlmək niyyətində olduğunu açıqlayıb.

Xeberhub.com xəbər verir ki, APA-nın yaydığı məlumata görə, Donald Tramp bu barədə bugünkü müsahibəsində danışıb.

ABŞ prezidentinin sözlərinə görə, Tehran yeni hərbi zərbələrə məruz qalmaq istəmir və bu səbəbdən razılaşmanın əldə olunmasında maraqlıdır.

"Onlar razılaşma əldə etmək istəyirlər. Baxın, aydındır ki, zərbə almaq istəmirlər. Onlar razılaşma istəyirlər. Görək necə olacaq", – deyə Donald Tramp bildirib.

Qeyd edək ki, Tramp bu açıqlamanı ABŞ ilə İran arasında Hörmüz boğazı ətrafında aparılan danışıqların davam etdiyi və tərəflər arasında mümkün razılaşma ilə bağlı xəbərlərin gündəmdə olduğu bir vaxtda səsləndirib.

A

Oxşar Xəbərlər