SON DƏQİQƏ Səbaildəki binada baş verən yanğın tam söndürüldü
Digər

"Arzum 9999"ın vəkilindən məhkəmə sonrası açıqlama

👤 📅 👁 9 baxış ⏱ 2 dəq oxuma
"Arzum 9999"ın vəkilindən məhkəmə sonrası açıqlama

"Arzum 9999"ın vəkili: İlduzə Hacıyeva hadisə yerindən qaçmayıb

Ölümlə nəticələnən yol-nəqliyyat hadisəsində təqsirləndirilən "Arzum 9999" ləqəbli tiktoker İlduzə Hacıyevanın vəkili Hikmət Əliyev məhkəmə prosesindən sonra açıqlama verib.

Xeberhub.com xəbər verir ki, Oxu.Az-ın yaydığı məlumata görə, vəkil məhkəmə iclasında əlavə şahidin ifadə verdiyini və müdafiə tərəfinin təqdim etdiyi təkrar kompleks ekspertiza ilə bağlı vəsatətin təmin olunduğunu bildirib.

Hikmət Əliyevin sözlərinə görə, ifadə verən şahid hadisədən sonra İlduzə Hacıyevanın qəza yerindən qaçmadığını təsdiqləyib.

Vəkil bildirib ki, şahid İlduzə Hacıyevanın qəza zamanı huşunu itirdiyini, onu öz avtomobili ilə əvvəlcə xəstəxanaya apardığını, tibbi yardım göstərildikdən sonra isə yaşadığı ünvana çatdırdığını deyib.

Bundan əlavə, müdafiə tərəfi qəzanın bütün hallarının dəqiqləşdirilməsi məqsədilə təkrar kompleks ekspertizanın keçirilməsi barədə vəsatət təqdim edib. Məhkəmə vəsatəti təmin edib.

Hikmət Əliyev əlavə edib ki, iş üzrə obyektiv araşdırmalar davam etdirilir.

A

Oxşar Xəbərlər