SON DƏQİQƏ İraqda silahlı qruplaşmaların mümkün hücum planı ilə bağlı iddia
Digər

Məhkəmə Sevinc Hüseynovanın apellyasiya şikayətini təmin etmədi

👤 📅 👁 0 baxış ⏱ 1 dəq oxuma
Məhkəmə Sevinc Hüseynovanın apellyasiya şikayətini təmin etmədi

Xeberhub.com xəbər verir ki, Globalinfo.az-ın yaydığı məlumata əsasən, avqustun 6-da Sumqayıt Apellyasiya Məhkəməsində bloger Sevinc Hüseynovanın jurnalist Səidə Bəkirqızına qarşı xüsusi ittiham qaydasında verdiyi şikayət üzrə apellyasiya baxışı keçirilib.

Jurnalistin vəkili Yaqub Nəcəfli bildirib ki, məhkəmə apellyasiya şikayətini təmin etməyib və Sumqayıt Şəhər Məhkəməsinin xüsusi ittiham qaydasında verilmiş şikayətin icraata qəbul edilməməsi barədə qərarını qüvvədə saxlayıb.

Vəkilin sözlərinə görə, bununla Sevinc Hüseynovanın Səidə Bəkirqızına qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 (böhtan)148-ci (təhqir) maddələri ilə qaldırdığı xüsusi ittiham şikayəti məhkəmə icraatına qəbul edilməmiş hesab olunub.

Yaqub Nəcəfli qeyd edib ki, apellyasiya instansiyası birinci instansiya məhkəməsinin qərarını qanuni və əsaslı hesab edib, bu səbəbdən də apellyasiya şikayəti təmin olunmayıb.

A

Oxşar Xəbərlər