Xeberhub.com xəbər verir ki, APA-nın yaydığı məlumata əsasən, Cəlilabad rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində 1-i azyaşlı olmaqla 4 nəfər xəsarət alıb.
Hadisə axşam saatlarında rayonun Soltankənd–Zəhmətabad avtomobil yolunda qeydə alınıb. İlkin məlumata görə, hərəkətdə olan "BMW" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə nəqliyyat vasitəsi təxminən 50 metr hündürlükdən aşaraq qəzaya uğrayıb.
Qəza zamanı avtomobildə olan dörd nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar hadisə yerinə cəlb edilən təcili tibbi yardım briqadaları tərəfindən xəstəxanaya çatdırılaraq müalicəyə yerləşdiriliblər.
Məlumata görə, xəsarət alanlar Yardımlı rayon sakini 1980-ci il təvəllüdlü Elbrus Fərman oğlu Qafarov, Sumqayıt şəhər sakinləri 2003-cü il təvəllüdlü Zəhra Əlizamin qızı Qafarova, 2012-ci il təvəllüdlü S. Qafarov və 2025-ci il təvəllüdlü M. Məmmədovadır.
Hadisənin başvermə səbəbləri araşdırılır.