Xeberhub.com xəbər verir ki, Zərdab rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi bir nəfərin ölümü, üç nəfərin isə xəsarət alması ilə nəticələnib.
Qəza rayonun Məlikumudlu kəndi ərazisində qeydə alınıb. İlkin məlumata görə, rayon sakini, 1984-cü il təvəllüdlü Rəşad İsmayılov idarə etdiyi "Mercedes-Benz" markalı avtomobillə hərəkətdə olarkən nəqliyyat vasitəsinə nəzarəti itirib. Nəticədə avtomobil yol kənarındakı işıq dirəyinə çırpılıb.
Hadisə zamanı avtomobildə olan sərnişin, sürücünün anası, 1954-cü il təvəllüdlü Güləbatın İsmayılova aldığı xəsarətlərdən hadisə yerində həyatını itirib.
Qəza nəticəsində sürücü Rəşad İsmayılov və avtomobildə olan daha iki sərnişin müxtəlif dərəcəli ağır bədən xəsarətləri ilə xəstəxanaya çatdırılıblar. Onların müalicəsi davam etdirilir.
Faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.