Xeberhub.com xəbər verir ki, Axar.az-ın yaydığı məlumata görə, Bərdə rayonunda bədbəxt hadisə baş verib.
Məlumata əsasən, 1990-cı il təvəllüdlü Sevinc Məmmədova yaşadığı evdə yıxılaraq baş nahiyəsindən ağır xəsarət alıb.
Yaralı dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.