Xeberhub.com xəbər verir ki, Maliyyə Nazirliyinin yaydığı məlumata görə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Borcunun və Maliyyə Öhdəliklərinin İdarə Edilməsi Agentliyi 2026-cı ilin birinci yarımili üzrə dövlət borcu və dövlət zəmanətli borca dair Statistik Bülleteni ictimaiyyətə təqdim edib.
Məlumata əsasən, sənəd dövlət borcu sahəsində şəffaflığın artırılması, ictimaiyyətə təqdim olunan məlumatların əhatə dairəsinin genişləndirilməsi və bu sahədə məlumatlara çıxış imkanlarının yaxşılaşdırılması məqsədilə hazırlanaraq dərc olunub.
Nazirlik bildirib ki, Statistik Bülleten vasitəsilə dövlət borcu və dövlət zəmanətli öhdəliklərlə bağlı əsas göstəricilər ictimaiyyət üçün əlçatan formada təqdim edilir.