SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İqtisadiyyat

SEPAH Bəhreyndə ABŞ hərbi obyektlərini vurduğunu açıqladı

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
SEPAH Bəhreyndə ABŞ hərbi obyektlərini vurduğunu açıqladı

SEPAH Bəhreyndə ABŞ hərbi obyektlərinə yeni zərbələr endirdiyini iddia edir

Xeberhub.com xəbər verir ki, İranın İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) Bəhreyndə yerləşən ABŞ hərbi obyektlərinə növbəti dəfə zərbələr endirdiyini açıqlayıb.

İran dövlət mediasının SEPAH-a istinadən yaydığı məlumata görə, pilotsuz uçuş aparatları vasitəsilə Bəhreyndəki Şeyx-İsa aviabazasında yerləşən təyyarə anqarları, yanacaq çənləri və bir neçə rabitə qovşağı hədəfə alınıb.

SEPAH həmçinin bildirib ki, hücum nəticəsində ABŞ-yə məxsus pilotsuz uçuş aparatlarının saxlanıldığı anbar vurulub. Açıqlamada əlavə olaraq, İranda hədəflərə zərbələr endirmək üçün istifadə edildiyi iddia olunan "əsas süni intellekt mərkəzi"nin də məhv edildiyi irəli sürülüb.

Məlumata əsasən, əməliyyat zamanı ballistik raketlər və pilotsuz uçuş aparatlarından istifadə olunub.

Bəhreynin Daxili İşlər Nazirliyi isə gün ərzində ölkə ərazisində dördüncü dəfə hava həyəcanı siqnalının verildiyini açıqlayıb.

Nazirlik sakinlərə və ölkədə yaşayan şəxslərə təhlükəsizlik qaydalarına əməl etməyi, təmkinli davranmağı və yaxınlıqdakı sığınacaqlara üz tutmağı tövsiyə edib.

Qeyd edək ki, SEPAH-ın açıqladığı məlumatlar müstəqil mənbələr tərəfindən hələlik təsdiqlənməyib.

A

Oxşar Xəbərlər