Bakıda müşahidə olunan əlverişsiz hava şəraiti ilə əlaqədar təcili tibbi yardıma iki müraciət qeydə alınıb.
XeberHub.com xəbər verir ki, Oxu.Az-ın sorğusuna cavab olaraq TƏBİB-in yaydığı məlumata əsasən, iyulun 27-də Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə paytaxt üzrə iki çağırış daxil olub.
Məlumata görə, hər iki hadisə yerinə təcili tibbi yardım briqadaları göndərilib və zərərçəkənlərə operativ yardım göstərilib.
Bildirilib ki, saat 07:55-də Səbail rayonu, Xəqani küçəsindən daxil olan çağırış əsasında xəsarət alan bir qadın Kliniki Tibbi Mərkəzə çatdırılıb.
Digər hadisə isə saat 10:25-də Nizami rayonu, Atletlər kəndi ərazisində qeydə alınıb. Həmin ünvandan müraciət edən kişi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.