Xeberhub.com xəbər verir ki, Türkiyənin İstanbul şəhərində təlim uçuşu həyata keçirən təyyarə qəza keçirib.
Axar.az-ın yaydığı məlumata görə, hadisə təyyarənin enişi zamanı baş verib. İlkin məlumata əsasən, hava gəmisinin quyruq hissəsi eniş zolağına toxunduqdan sonra pilot idarəetməni itirib və təyyarə zolaqdan çıxıb.
Qəza nəticəsində təyyarəni idarə edən tələbə pilot müxtəlif xəsarətlər alıb. Yaralı hadisə yerinə çağırılan təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya çatdırılıb.
Hadisənin başvermə səbəbləri ilə bağlı araşdırma aparılır.