SON DƏQİQƏ “Çelsi” 16,3 milyon funt sterlinqə müdafiəçi transfer etdi
Qəza

Xorvatiyada kiçik təyyarə qəzaya uğradı: İki nəfər öldü

👤 📅 👁 6 baxış ⏱ 1 dəq oxuma
Xorvatiyada kiçik təyyarə qəzaya uğradı: İki nəfər öldü

Çex Respublikasından uçan kiçik təyyarə Xorvatiyanın Zadar şəhəri yaxınlığında qəzaya uğrayıb, iki nəfər həlak olub.

Xeberhub.com xəbər verir ki, bu barədə Xorvatiya polisinin mətbuat xidməti məlumat yayıb.

“Radarlardan itən kiçik təyyarənin axtarışları saat 22:00 radələrində başa çatıb. Xorvatiya Dağ-Xilasetmə Xidmətinin əməkdaşları qəzaya uğramış təyyarəni və iki nəfərin meyitini tapıblar”, - deyə polisdən qeyd edilib.

Təyyarənin qalıqları Zadardan 60 kilometr aralıda, Paklenitsa Milli Parkının ərazisindəki dağlarda tapılıb.

Hadisə ilə bağlı araşdırma aparılır. Xorvatiya polisinin məlumatına görə, təyyarənin radarlardan siqnalı itdikdən sonra genişmiqyaslı axtarış-xilasetmə əməliyyatı keçirilib.

A

Oxşar Xəbərlər