ABŞ-də kiçik təyyarə qəzası: bir nəfər həyatını itirib
ABŞ-nin Arizona ştatında kiçik hava gəmisinin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.
Xeberhub.com xəbər verir ki, hadisə barədə məlumatı "ABC News" yayıb.
Məlumata görə, qəza iyulun 28-də yerli vaxtla saat 19:50 radələrində Çandler hava limanının yaxınlığında baş verib. Hadisə ilə bağlı "911" xidmətinə daxil olan məlumatdan sonra xilasedici və yanğınsöndürmə briqadaları əraziyə cəlb olunub.
Təyyarə Makkuin və Kuin-Krik yollarının yaxınlığında aşkarlanıb. İlkin məlumata əsasən, hava gəmisində olan şəxslərdən biri hadisə yerində həyatını itirib.
Pilotun şəxsiyyəti hələ müəyyən edilməyib. Hüquq-mühafizə orqanları və aidiyyəti aviasiya qurumları qəzanın səbəblərini araşdırır.