Sabunçuda qadının bıçaqlanması ilə bağlı yeni detallar açıqlanıb
Bakının Sabunçu rayonunda bıçaqlanan qadının vəziyyəti və hadisənin bəzi təfərrüatları məlum olub.
Xeberhub.com xəbər verir ki, TƏBİB-in məlumatına görə, iyulun 28-də saat 16:30 radələrində 1997-ci il təvəllüdlü qadın xəsarətlərlə Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Xəbərin ilkin mənbəyi Oxu.Azdır.
Məlumata əsasən, qadına döş qəfəsinin ön səthində, sol qoltuqaltı nahiyəsində, sol bazu və çənə nahiyəsində kəsilmiş-deşilmiş qanayan yaralar diaqnozu qoyulub. Pasiyentə lazımi tibbi yardım göstərilib və hazırda müalicəsi stasionar şəraitdə davam etdirilir. Onun vəziyyəti stabil qiymətləndirilir.
Hadisə ilə bağlı aparılan araşdırma zamanı şübhəli şəxsin qadının qayınatası deyil, həyat yoldaşı olduğu müəyyənləşib. Hüquq-mühafizə orqanlarının əməkdaşları 1990-cı il təvəllüdlü N.Əsgərovu saxlayıblar.
İlkin məlumatlara görə, hadisə Qanbay Vəzirov küçəsində baş verib. Qadının həyat yoldaşından boşanmaq istədiyi və bu səbəbdən ailə daxilində mübahisə yarandığı bildirilir.
Faktla bağlı araşdırma davam etdirilir.