SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Çində rezin qayıq partladı: 7 nəfər öldü

👤 📅 👁 11 baxış ⏱ 2 dəq oxuma
Çində rezin qayıq partladı: 7 nəfər öldü

Çində rezin qayıq partladı: Ölənlər və yaralananlar var

Xeberhub.com xəbər verir ki, Çinin şimal-şərqində yerləşən Lyaonin əyalətində baş verən rezin qayıq partlayışı nəticəsində yeddi nəfər həyatını itirib, bir nəfər isə itkin düşüb.

Məlumata görə, hadisə Mopanşan adası yaxınlığındakı sularda qeydə alınıb. Qəza zamanı qayıqda ümumilikdə 13 nəfər olub.

Hadisə nəticəsində beş nəfər müxtəlif dərəcəli xəsarətlər alaraq xəstəxanaya çatdırılıb. Yaralılardan ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

İlkin araşdırmalara əsasən, qayıqda olan şəxslər dənizin çəkilməsi zamanı molyusk toplamaq üçün əraziyə gedən yerli sakinlər olublar. Geri qayıdarkən mühərrikdə yanacaq sızmasının baş verdiyi ehtimal edilir.

Bildirilir ki, qayıqçı mühərriki yenidən işə salmağa cəhd edərkən güclü partlayış baş verib və nəticədə faciə yaşanıb.

Hazırda hadisənin bütün səbəblərinin müəyyənləşdirilməsi istiqamətində araşdırmalar davam etdirilir.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın