SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Xırdalanda 980 qurumuş ağac götürüləcək, yerinə yeniləri əkiləcək

👤 📅 👁 5 baxış ⏱ 3 dəq oxuma
Xırdalanda 980 qurumuş ağac götürüləcək, yerinə yeniləri əkiləcək

Xırdalanda yüzlərlə qurumuş ağac götürülür – Yerinə yeni tinglər əkiləcək

Xeberhub.com xəbər verir ki, Xırdalan şəhərində park və xiyabanlar da daxil olmaqla müxtəlif ərazilərdə şam ağaclarının, eləcə də digər həmişəyaşıl ağac və kol bitkilərinin kütləvi şəkildə quruması qeydə alınıb.

Abşeron Rayon İcra Hakimiyyətindən bildirilib ki, ağacların bütün aqrotexniki qulluq işləri aparılmasına baxmayaraq bir neçə ünvanda quruma halları müşahidə olunub. Bunun səbəblərinin araşdırılması məqsədilə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Ekspertiza Agentliyinə, Kənd Təsərrüfatı Nazirliyinə və digər aidiyyəti qurumlara müraciət edilib.

Müvafiq qurumların nümayəndələrinin iştirakı ilə ərazilərə baxış keçirilib və nəticədə qurumuş ağacların götürülməsi, onların yerində isə yeni tinglərin əkilməsi ilə bağlı müvafiq rəy verilib.

Rəsmi məlumata görə, Heydər Əliyev adına parkda 292 ədəd şam ağacının, ümumilikdə isə Xırdalan şəhəri üzrə 980 ədəd qurumuş ağac və kol bitkisinin ərazidən götürülməsi nəzərdə tutulur.

İcra Hakimiyyəti bildirib ki, bu proses artıq mərhələli şəkildə həyata keçirilir. Yaz aylarında ilkin mərhələdə 200 qurumuş ağac götürülüb. Onların yerinə 2-6 metr hündürlüyündə şam, küknar, zeytun və digər ağac növləri əkilib.

Qeyd olunub ki, hazırda yay mövsümündə yeni tinglərin əkilməsi məqsədəuyğun hesab edilmədiyi üçün növbəti əkin işləri payız aylarında davam etdiriləcək. Həmin mərhələdə qalan qurumuş ağacların da ərazidən çıxarılması planlaşdırılır.

Abşeron Rayon İcra Hakimiyyəti əlavə edib ki, rayonda yaşıllıqların qorunması və artırılması istiqamətində işlər davam etdirilir. Bildirilib ki, 2025-ci il ərzində rayon ərazisində 20 minə yaxın ağac və kol əkilərək onlara müvafiq aqrotexniki qulluq göstərilib.

A

Oxşar Xəbərlər