SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
Digər

Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

👤 📅 👁 4 baxış ⏱ 1 dəq oxuma
Lənkəranda avtomobil piyadanı vuraraq öldürdü

Xeberhub.com xəbər verir ki, Lənkəran rayonunun Vivan kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Məlumata görə, hadisə bu gün saat 15:00 radələrində qeydə alınıb. Əfsələddin Xaqani oğlu Tağıyevin idarə etdiyi "Opel Astra" markalı, 10-DP-407 dövlət qeydiyyat nişanlı avtomobil yol kənarında kiçik ticarətlə məşğul olan 1986-cı il təvəllüdlü Turab İlham oğlu Şərifovu vurub.

Piyada ağır xəsarətlər alıb və dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Lakin həkimlərin səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb və ölüm faktı qeydə alınıb.

Hadisənin başvermə səbəbləri araşdırılır.

A

Oxşar Xəbərlər