SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Rəsmi: Freddi Varqas yenidən "Neftçi"də

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Rəsmi: Freddi Varqas yenidən "Neftçi"də

Xeberhub.com xəbər verir ki, "Neftçi" futbol klubu venesuelalı futbolçu Freddi Varqasın transferini rəsmən tamamlayıb.

Paytaxt təmsilçisinin yaydığı məlumata əsasən, Venesuela millisinin üzvü ilə 2+1 illik müqavilə imzalanıb. Bununla da 27 yaşlı futbolçu növbəti mövsümlərdə "ağ-qaralar"ın formasını geyinəcək.

Freddi Varqas 2025-ci ilin yayında İsrailin "Makkabi" (Netanya) klubundan satınalma hüququ ilə bir mövsümlük icarəyə götürülmüşdü. O, ötən mövsüm "Neftçi"nin heyətində keçirdiyi 34 rəsmi oyunda 5 qol vurub və 8 məhsuldar ötürmə ilə yadda qalıb.

Qeyd edək ki, venesuelalı futbolçunun Azərbaycan Premyer Liqasının 30-cu turunda "Karvan-Yevlax" komandası ilə oyunda vurduğu baxımlı qol sosial şəbəkələrdə böyük maraq doğurmuşdu. Həmin qolun videosu 30 milyondan çox baxış toplayaraq geniş rezonans yaratmışdı.

Freddi Varqas son olaraq bu ilin mart ayında Venesuela millisinin heyətində 2026-cı il dünya çempionatının Cənubi Amerika zonası üzrə seçmə mərhələsində Ekvadora qarşı keçirilən görüşdə meydana çıxmışdı.

A

Oxşar Xəbərlər