Konor Makqreqor UFC döyüşünün nəticəsinin ləğv edilməsini tələb etdi
Xeberhub.com xəbər verir ki, UFC-nin sabiq çempionu Konor Makqreqor Maks Holloueylə keçirdiyi qarşılaşmanın rəsmi nəticədən çıxarılmasını istəyir.
İrlandiyalı döyüşçü sosial şəbəkə hesabında açıqlama yayaraq bildirib ki, qarşılaşma baş tutmamış hesab edilməli və döyüşlə bağlı bütün mərc ödənişləri geri qaytarılmalıdır.
Makqreqor qeyd edib ki, yaxın zamanda ayağının rentgen nəticələrini əldə edəcək. O, zədəsinin vəziyyəti ilə bağlı əlavə məlumat verəcəyini bildirib.
Qeyd edək ki, Las-Veqasda keçirilən UFC turnirində Konor Makqreqor Maks Holloueyə məğlub olub. İrlandiyalı idmançı döyüşün ilk dəqiqəsində ciddi zədə alıb və 65 saniyə ərzində texniki nokautla məğlub sayılıb.
Daha sonra UFC prezidenti Deyna Uayt Makqreqorun diz nahiyəsində ön çarpaz bağ zədəsi olduğunu açıqlayıb.