SON DƏQİQƏ Aqil Məlikov xəstəxanaya yerləşdirildi
İdman

Mbappe və Messi 2026 Dünya Çempionatının bombardirliyinə liderlik edir

👤 📅 👁 5 baxış ⏱ 2 dəq oxuma
Mbappe və Messi 2026 Dünya Çempionatının bombardirliyinə liderlik edir

2026 Dünya Çempionatında bombardirlər yarışında Mbappe və Messi liderdir

Xeberhub.com xəbər verir ki, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi 2026-cı il Dünya Çempionatında ən çox qol vuran futbolçular arasında mübarizə davam edir.

Turnirin hazırkı bombardirlər siyahısına Fransa millisinin ulduzu Kilian Mbappe və Argentina yığmasının kapitanı Lionel Messi başçılıq edir. Hər iki futbolçu keçirdiyi 7 qarşılaşmada rəqib qapılarına 8 qol göndərib.

Siyahıda üçüncü sırada Norveç millisinin hücumçusu Erlinq Holann qərarlaşıb. O, 5 oyunda 7 dəfə fərqlənərək məhsuldarlığı ilə diqqət çəkib.

İlk beşlikdə İngiltərə yığmasının futbolçuları Harri Keyn və Cud Bellinqem də yer alır. Hər iki oyunçu 7 matçda 6 qol vurub.

Bombardirlər cədvəlinin növbəti pillələrində isə İspaniya millisindən Mikel Oyarzabal və Fransadan Usman Dembele 5 qolla qərarlaşıblar.

Daha sonra Meksika millisinin üzvü Xulian Kinyones, Braziliya təmsilçisi Vinisius Junior və Seneqal futbolçusu İsmayıl Sarr 4 qolla siyahıda yer alırlar.

Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldo, Braziliyadan Mateus Kunya və Kanadanın hücumçusu Conatan Devid isə turnirdə 3 qol vuraraq bombardirlər sıralamasında növbəti mövqeləri bölüşürlər.

A

Oxşar Xəbərlər

Şərhlər (0)

Şərh yazın