Səudiyyə Ərəbistanının "Ən-Nəsr" futbol klubu ciddi maliyyə problemləri ilə üzləşib.
XeberHub.com xəbər verir ki, "Arriyadiyah" nəşrinin yaydığı məlumata görə, klubun maliyyə vəziyyəti sabitləşənədək rəhbərliyə yeni futbolçular transfer etmək və yeni müqavilələr imzalamaq qadağan olunub.
Məlumata əsasən, rəhbərlik yaranmış maliyyə böhranından çıxış yollarını araşdırır. Müzakirə olunan variantlardan biri klubun müəyyən hissəsinin investorlara satılmasıdır.
Nəşr bildirir ki, hazırda Kriştianu Ronaldunun çıxış etdiyi klubun ümumi borcu təxminən 800 milyon Səudiyyə rialı, yəni 200 milyon ABŞ dollarından artıqdır.
Klub rəhbərliyinin yaxın vaxtlarda maliyyə vəziyyətinin yaxşılaşdırılması üçün konkret addımlar atacağı gözlənilir.